İnzibati Xətalar Məcəlləsinin 29-cu fəslindəki bütün 178 xəta (16.10.2026 tarixli redaksiya): cərimə, bal, sürücülük hüququnun məhdudlaşdırılması və həbs. Aşağıdakı düymələrlə sizə aid olmayanları gizlədin və ya yalnız lazım olanları saxlayın — öz xətanızı tez taparsınız.
Düyməni basın — həmin xətalar gizlənəcək; yenidən basın — görünəcək.Düyməni basın — yalnız həmin xətalar göstəriləcək; növbəti düymə onlara əlavə edir. Heç nə seçilməyibsə, hamısı görünür.«+» — cəzalar birlikdə, «və ya» — onlardan biri təyin edilir. Ballar 1 il qüvvədədir; il ərzində 20 bal toplanarsa, sürücülük hüququ 6 ay məhdudlaşdırılır (327.7).
Cərimə meydançası: işarələnmiş xətalarda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilə bilər. Bundan başqa, yol hərəkəti cəriməsi qərar qüvvəyə mindikdən sonra 2 ay ödənilmədikdə və məhkəmənin və ya müvafiq orqanın qərarı olduqda, nəqliyyat vasitəsi saxlanıla bilər (maddə 96.1.6). Texniki baxışın gecikdirilməsinə görə avtomobil saxlanılmır — 50 ₼ cərimə və 20 gün müddət (339.1-1).
Maddə 327.Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasıe-qanun.az ↗
327.1Yüngül
Nişan və nişanlanma tələblərinə, ötmə, manevr, yedəyə alma qaydalarına riayət etməmə
cərimə 40 ₼
Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
327.1-1Orta
İctimai nəqliyyat zolağı ilə hərəkət
cərimə 100 ₼Bal: 2
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, , nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
327.1-2Orta
Velosiped yolu ilə hərəkət
cərimə 100 ₼Bal: 2
Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
327.2Orta
Qırmızı işığa keçmə, qarşı zolağa çıxmaqla ötmə, «Giriş qadağandır»
cərimə 100 ₼Bal: 3
Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
327.3Orta
Polisin dayanmaq tələbinə əməl etməmə
cərimə 100 ₼Bal: 4
Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
327.4Orta
Birtərəfli yolda əks istiqamətdə, qarşı axında hərəkət
cərimə 150 ₼Bal: 4
Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə
Qanunda cəza
yüz əlli manat məbləğində cərimə edilir.
327.5Orta
Avtomagistralda qadağan olunan hərəkət: geriyə dönmə, geriyə hərəkət
cərimə 100 ₼Bal: 4
Avtomagistrallarda və nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
327.6Orta
Yol-nəqliyyat hadisəsi yerindən yayınma
cərimə 100 ₼Bal: 4
Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə
nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.
327.8Ağır
Qayda pozuntusu nəticəsində yüngül bədən xəsarəti
cərimə 300 ₼ və ya sürücülük hüququ 6 aydan 1 ilədək məhdudlaşdırılırBal: 5 (cərimə təyin edildikdə)
Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə
2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına (altkateqoriyasına) uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.
3. Bu Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.
4. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.
5. Bu Məcəllənin 327.8, 327-1.3, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir.
6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur.
7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
7-1. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
8. Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan əməl hərəkət sürətinin həddi 110 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində törədilibsə, həmin hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi şamil edilmir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 327-1.Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən dəmiryol keçidlərindən keçmə ilə bağlı qaydaların pozulmasıe-qanun.az ↗
327-1.1Orta
Dəmiryol keçidindən keçmə qaydalarının pozulması
cərimə 200 ₼Bal: 4
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə
Qanunda cəza
iki yüz manat məbləğində cərimə edilir.
327-1.2Ağır
Dəmiryol keçidində təkrar pozuntu
sürücülük hüququ 3 aydan 6 ayadək məhdudlaşdırılır
Bu Məcəllənin 327-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
Maddə 329.Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulmasıe-qanun.az ↗
329.1Yüngül
Təhlükəsizlik kəməri bağlanmadan idarəetmə
cərimə 40 ₼
Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
329.2Yüngül
Motodəbilqəsiz motosiklet və ya moped sürmə
cərimə 40 ₼
Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti və mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə və mopeddə daşımağa görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
329.3Yüngül
İşıq cihazlarından və səs siqnalından istifadə qaydalarının pozulması
cərimə 30 ₼
İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə
Qanunda cəza
otuz manat məbləğində cərimə edilir.
Maddəyə qeyd 329
Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Nizamlanmayan piyada keçidində piyadaya yol verməmə
cərimə 50 ₼
Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya;
Qanunda cəza
əlli manat məbləğində cərimə edilir.
330.0.2Yüngül
Dönərkən yolu keçən piyadaya yol verməmə
cərimə 50 ₼
Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə
Qanunda cəza
əlli manat məbləğində cərimə edilir.
Maddəyə qeyd 330
Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 331.Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsie-qanun.az ↗
331Orta
Xüsusi siqnallı nəqliyyata yol verməmə, kortejə qoşulma
cərimə 100 ₼Bal: 3
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
332.2Orta
Sürücülük hüququ olmadan idarəetmə
cərimə 200 ₼
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə
Qanunda cəza
iki yüz manat məbləğində cərimə edilir.
332.3Orta
Hüququ olmadan təkrar və ya hüququ məhdudlaşdırılmış halda idarəetmə
cərimə 400 ₼
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.5Ağır
Hüququ olmadan sərnişin daşıma (ictimai nəqliyyat)
15 gündən 1 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə
Qanunda cəza
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.6Ağır
Hüququ olmadan təkrar sərnişin daşıma
1 aydan 2 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.7Ağır
Hüququ olmadan sərnişin daşıyarkən zərər
2 aydan 3 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddəyə qeyd 332
Bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 333.Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsie-qanun.az ↗
333.1Ağır
Sərxoş vəziyyətdə idarəetmə (alkoqol)
cərimə 400 ₼ və ya sürücülük hüququ 6 aydan 1 ilədək məhdudlaşdırılırBal: 5 (cərimə təyin edildikdə)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə
Qanunda cəza
dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
333.2Ağır
Sərxoş vəziyyətdə təkrar idarəetmə (alkoqol)
sürücülük hüququ 2 il məhdudlaşdırılır + (cərimə 500 ₼ və ya 15 günədək inzibati həbs)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
333.3Ağır
Sərxoş vəziyyətdə idarəetmə nəticəsində zərər (alkoqol)
sürücülük hüququ 2 il məhdudlaşdırılır + (cərimə 700 ₼ və ya 15 gündən 1 ayadək inzibati həbs)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
333.4Ağır
Sərxoş vəziyyətdə sərnişin daşıma (alkoqol)
sürücülük hüququ 2 il məhdudlaşdırılır + 15 gündən 1 ayadək inzibati həbs
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə
Qanunda cəza
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
333.5Ağır
Sərxoş vəziyyətdə sərnişin daşıyarkən zərər (alkoqol)
sürücülük hüququ 2 il məhdudlaşdırılır + 2 aydan 3 ayadək inzibati həbs
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddəyə qeyd 333
1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 333-1.Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsie-qanun.az ↗
333-1.1Ağır
Narkotik sərxoşluğu vəziyyətində idarəetmə
cərimə 600 ₼ və ya sürücülük hüququ 6 aydan 1 ilədək məhdudlaşdırılırBal: 5 (cərimə təyin edildikdə)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə
Qanunda cəza
altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
333-1.2Ağır
Narkotik sərxoşluğu vəziyyətində təkrar idarəetmə
sürücülük hüququ 2 il məhdudlaşdırılır + (cərimə 800 ₼ və ya 15 gündən 1 ayadək inzibati həbs)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
333-1.3Ağır
Narkotik sərxoşluğu vəziyyətində idarəetmə nəticəsində zərər
sürücülük hüququ 2 il məhdudlaşdırılır + (cərimə 900 ₼ və ya 1 aydan 2 ayadək inzibati həbs)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
333-1.4Ağır
Narkotik sərxoşluğu vəziyyətində sərnişin daşıma
sürücülük hüququ 2 il məhdudlaşdırılır + 1 aydan 2 ayadək inzibati həbs
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə
Qanunda cəza
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
333-1.5Ağır
Narkotik sərxoşluğu vəziyyətində sərnişin daşıyarkən zərər
sürücülük hüququ 2 il məhdudlaşdırılır + 2 aydan 3 ayadək inzibati həbs
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddəyə qeyd 333-1
Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 334.Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsie-qanun.az ↗
334.1Ağır
Hüququ olmadan sərxoş vəziyyətdə idarəetmə (alkoqol)
cərimə 500 ₼ və ya 15 günədək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə
Qanunda cəza
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
334.2Ağır
Hüququ olmadan sərxoş vəziyyətdə təkrar idarəetmə (alkoqol)
15 gündən 1 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.3Ağır
Hüququ olmadan sərxoş vəziyyətdə idarəetmə nəticəsində zərər
cərimə 800 ₼ və ya 1 aydan 2 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.4Ağır
Hüququ olmadan sərxoş vəziyyətdə sərnişin daşıma
1 aydan 2 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə
Qanunda cəza
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.5Ağır
Hüququ olmadan sərxoş vəziyyətdə sərnişin daşımanın təkrarı və ya zərər
2 aydan 3 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
Maddə 334-1.Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsie-qanun.az ↗
334-1.1Ağır
Hüququ olmadan narkotik sərxoşluğu vəziyyətində idarəetmə
cərimə 800 ₼ və ya 15 gündən 1 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə
Qanunda cəza
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
334-1.2Ağır
Hüququ olmadan narkotik sərxoşluğu vəziyyətində təkrar idarəetmə
1 aydan 2 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
334-1.3Ağır
Hüququ olmadan narkotik sərxoşluğu vəziyyətində idarəetmə nəticəsində zərər
cərimə 1000 ₼ və ya 1 aydan 3 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
334-1.4Ağır
Hüququ olmadan narkotik sərxoşluğu vəziyyətində sərnişin daşıma
1 aydan 3 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə
Qanunda cəza
bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
334-1.5Ağır
Hüququ olmadan narkotik sərxoşluğu vəziyyətində sərnişin daşımanın təkrarı və ya zərər
2 aydan 3 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334-1.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
Maddə 335.Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsie-qanun.az ↗
335.1Yüngül
Avtomobili sürücülük hüququ olmayan şəxsə vermə
cərimə 60 ₼
vəzifəli şəxslər 200 ₼, hüquqi şəxslər 2000 ₼
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə
Qanunda cəza
fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
335.2Yüngül
Avtomobili hüququ olmayan şəxsə təkrar vermə
cərimə 100 ₼
vəzifəli şəxslər 300 ₼, hüquqi şəxslər 3000 ₼
Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
335.3Orta
Hüququ olmayan şəxsə verilmiş avtomobillə zərər
cərimə 180 ₼
vəzifəli şəxslər 500 ₼, hüquqi şəxslər 5000 ₼
Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə
fiziki şəxslər yüz səksən manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
335.4Orta
İctimai nəqliyyatı sərnişin daşımaq üçün hüququ olmayan şəxsə vermə
cərimə 200 ₼
vəzifəli şəxslər 500 ₼, hüquqi şəxslər 3000 ₼
Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə
Qanunda cəza
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
335.5Ağır
İctimai nəqliyyatı hüququ olmayan şəxsə təkrar vermə
15 gündən 1 ayadək inzibati həbs
hüquqi şəxslər 5000 ₼
Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
335.6Ağır
Hüququ olmayan şəxsə verilmiş ictimai nəqliyyatla zərər
cərimə 400 ₼ və ya 15 gündən 1 ayadək inzibati həbs
vəzifəli şəxslər 800 ₼, hüquqi şəxslər 6000 ₼
Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 336.Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsie-qanun.az ↗
336.1Yüngül
Avtomobili sərxoş şəxsə vermə
cərimə 100 ₼
vəzifəli şəxslər 300 ₼, hüquqi şəxslər 3000 ₼
Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə
Qanunda cəza
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
336.2Orta
Avtomobili sərxoş şəxsə təkrar vermə
cərimə 200 ₼
vəzifəli şəxslər 400 ₼, hüquqi şəxslər 4000 ₼
Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
336.3Orta
Sərxoş şəxsə verilmiş avtomobillə zərər
cərimə 300 ₼
vəzifəli şəxslər 600 ₼, hüquqi şəxslər 6000 ₼
Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində fiziki və ya maddi zərər vurulmasına görə
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.
336.4Orta
İctimai nəqliyyatı sərnişin daşımaq üçün sərxoş şəxsə vermə
cərimə 300 ₼
vəzifəli şəxslər 600 ₼, hüquqi şəxslər 4000 ₼
Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə
Qanunda cəza
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
336.5Orta
İctimai nəqliyyatı sərxoş şəxsə təkrar vermə
cərimə 400 ₼
vəzifəli şəxslər 800 ₼, hüquqi şəxslər 6000 ₼
Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.
336.6Orta
Sərxoş şəxsə verilmiş ictimai nəqliyyatla zərər
cərimə 500 ₼
vəzifəli şəxslər 1000 ₼, hüquqi şəxslər 8000 ₼
Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə
Maddə 337.Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsie-qanun.az ↗
337.1Orta
Avtomobili hüququ olmayan sərxoş şəxsə vermə
cərimə 200 ₼
vəzifəli şəxslər 400 ₼, hüquqi şəxslər 4000 ₼
Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə
Qanunda cəza
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
337.2Orta
Avtomobili hüququ olmayan sərxoş şəxsə təkrar vermə
cərimə 300 ₼
vəzifəli şəxslər 600 ₼, hüquqi şəxslər 6000 ₼
Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.
337.3Orta
Hüququ olmayan sərxoş şəxsə verilmiş avtomobillə zərər
cərimə 400 ₼
vəzifəli şəxslər 800 ₼, hüquqi şəxslər 8000 ₼
Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki va ya maddi zərər vurulmasına görə
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
337.4Orta
İctimai nəqliyyatı hüququ olmayan sərxoş şəxsə vermə
cərimə 600 ₼
vəzifəli şəxslər 1000 ₼, hüquqi şəxslər 8000 ₼
Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə
Qanunda cəza
fiziki şəxslər altı yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
337.5Ağır
İctimai nəqliyyatı hüququ olmayan sərxoş şəxsə təkrar vermə
1 aydan 2 ayadək inzibati həbs
hüquqi şəxslər 12000 ₼
Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min manat məbləğində cərimə edilir.
337.6Ağır
Hüququ olmayan sərxoş şəxsə verilmiş ictimai nəqliyyatla zərər
cərimə 1000 ₼ və ya 1 aydan 2 ayadək inzibati həbs
vəzifəli şəxslər 2500 ₼, hüquqi şəxslər 15000 ₼
Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min manat məbləğində cərimə edilir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 338.Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasıe-qanun.az ↗
338.1.1Yüngül
Piyada: svetofora və ya nizamlayıcıya tabe olmama
cərimə 20 ₼
Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
Qanunda cəza
iyirmi manat məbləğində cərimə edilir.
338.1.2Yüngül
Piyada: yaxınlaşan maşının qarşısına qəflətən çıxma
cərimə 20 ₼
Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;
Qanunda cəza
iyirmi manat məbləğində cərimə edilir.
338.1.3Yüngül
Piyada: xüsusi siqnallı maşın yaxınlaşanda yolu tərk etməmə
cərimə 20 ₼
Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə
Qanunda cəza
iyirmi manat məbləğində cərimə edilir.
338.2Yüngül
Piyada: yolu müəyyən olunmayan yerdən keçmə
cərimə 20 ₼
Bu Məcəllənin 338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə
Piyada: sürəti 80 km/saat və çox olan yolu keçidsiz keçmə
cərimə 40 ₼
Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.2-2Yüngül
Piyada: dəmir yolunu müəyyən olunmayan yerdən keçmə
cərimə 40 ₼
Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə
Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə
Qanunda cəza
otuz manat məbləğində cərimə edilir.
338.4.1Yüngül
Velosipedçi: svetofora tabe olmama
cərimə 40 ₼
Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4.2Yüngül
Velosipedçi: sərnişin və ya mane olan yük daşıma
cərimə 40 ₼
Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4.3Yüngül
Velosipedçi: nişan və nişanlanma tələblərini pozma
cərimə 40 ₼
Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4.4Yüngül
Velosipedçi: sükanı tutmadan, dəbilqəsiz sürmə
cərimə 40 ₼
Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4.5Yüngül
Velosipedçi: nasaz velosipeddən istifadə
cərimə 40 ₼
Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: nasaz nəqliyyat vasitəsindən istifadə etməyə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4.6Yüngül
Velosipedçi: piyadalara mane olma
cərimə 40 ₼
Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: piyadaların hərəkətinə maneə yaradılmasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4.7Yüngül
Velosipedçi: xüsusi siqnallı maşına yol verməmə
cərimə 40 ₼
Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.1Yüngül
Samokat: sağ kənar zolaqdan başqa zolaqla hərəkət
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.2Yüngül
Samokat: velosiped yolu olduqda yanındakı yolla hərəkət
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.3Yüngül
Samokat: nişan və nişanlanma tələblərini pozma
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.4Yüngül
Samokat: svetofora tabe olmama
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.5Yüngül
Samokat: sükanı tutmadan sürmə
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: sükan olduğu halda, sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.6Yüngül
Samokat: nasaz samokatdan istifadə
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.7Yüngül
Samokat: piyadalara mane olma
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: piyadaların hərəkətinə maneə yaradılmasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.8Yüngül
Samokat: sərnişin daşıma
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: sərnişin daşınmasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.4-1.9Yüngül
Samokat: xüsusi siqnallı maşına yol verməmə
cərimə 40 ₼
Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
338.5.1Yüngül
Mal-qaranı yolda nəzarətsiz qoyma
cərimə 80 ₼
At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına;
Qanunda cəza
səksən manat məbləğində cərimə edilir.
338.5.2Yüngül
Mal-qaranı asfalt yolla ötürmə
cərimə 80 ₼
At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə;
Qanunda cəza
səksən manat məbləğində cərimə edilir.
338.5.3Yüngül
İşıq əks etdirən qurğusuz at arabası sürmə
cərimə 80 ₼
At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;
Qanunda cəza
səksən manat məbləğində cərimə edilir.
338.5.4Yüngül
At arabası ilə svetofora, nişanlara tabe olmama
cərimə 80 ₼
At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;
Qanunda cəza
səksən manat məbləğində cərimə edilir.
338.5.5Yüngül
Mal-qaranı, arabanı qaranlıqda dəmir yolundan keçirmə
cərimə 80 ₼
At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə
Qanunda cəza
səksən manat məbləğində cərimə edilir.
338.6Yüngül
Velosipedçi, samokatçı, arabaçı sərxoş vəziyyətdə
cərimə 70 ₼
Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə
Qanunda cəza
yetmiş manat məbləğində cərimə edilir.
338.7Orta
Velosipedçi, samokatçı, arabaçının pozuntusu nəticəsində zərər
cərimə 100–150 ₼
Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
Qanunda cəza
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə
Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə
Qanunda cəza
iki yüz manat məbləğində cərimə edilir.
338.10Orta
Sərxoş velosipedçi, samokatçı, arabaçının vurduğu zərər
cərimə 250–300 ₼
Bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
Maddə 338-1.Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsie-qanun.az ↗
338-1.1Orta
Nasaz samokatı icarəyə vermə (operator)
cərimə 400–600 ₼
Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə
Qanunda cəza
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
338-1.2Orta
Nasaz icarə samokatı ilə zərər
cərimə 1000–1200 ₼
Bu Məcəllənin 338-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə
Maddə 339.Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulmasıe-qanun.az ↗
339.1Yüngül
Qeydiyyatsız və ya texniki baxışsız idarəetmə, təkrar qeydiyyat pozuntusu
Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə
Qanunda cəza
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə
Qanunda cəza
əlli manat məbləğində cərimə edilir.
339.2Orta
Qeydiyyatda, texniki baxışda süründürməçilik (vəzifəli şəxs)
cərimə 150–200 ₼
Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə
Qanunda cəza
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə
Qanunda cəza
iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
339.4Orta
Polisin cəriməni nağd alması
cərimə 300–500 ₼
Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu Məcəllənin 150.4-cü maddəsinin tələbləri pozulmaqla cərimənin inzibati xəta törətmiş şəxsdən müvafiq ödəniş sistemlərindən istifadə etmədən bilavasitə alınmasına görə
Qanunda cəza
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
339.5Orta
Protokolun informasiya sisteminə göndərilməməsi (vəzifəli şəxs)
cərimə 500–700 ₼
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 57-1.3,122.1, 123.2, 124.1, 124.4 - 124.6, 125.4 və 126.3-cü maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə, yaxud bu Məcəllənin 57-1.2, 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsinə (yerləşdirilməməsinə) görə
Qanunda cəza
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddəyə qeyd 339
Şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 340.Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulmasıe-qanun.az ↗
340.1Yüngül
Kənd təsərrüfatı texnikası qeydiyyatsız, texniki baxışsız
cərimə 50 ₼
vəzifəli şəxslər 100 ₼, hüquqi şəxslər 300 ₼
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə
Qanunda cəza
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
340.2Orta
Kənd təsərrüfatı texnikasının qeydiyyatında süründürməçilik (vəzifəli şəxs)
cərimə 150–200 ₼
Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar texnikanın sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, texnikanın qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddəyə qeyd 340
Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 341.Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətləre-qanun.az ↗
341Orta
Evakuasiya zamanı avtomobili sahibinə qaytarmama
cərimə 200–300 ₼
Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddəyə qeyd 341
Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 342.Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasıe-qanun.az ↗
342.1.1Yüngül
Qapıları bağlanmamış hərəkətə başlama, hərəkətdə qapını açma
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.2Yüngül
Diqqəti yayındıran söhbət
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.3Yüngül
Dövlət nömrə nişanlarından biri yoxdur və ya standarta uyğun deyil
cərimə 40 ₼
Dövlət qeydiyyat nişanları qaydaya salınanadək nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.2).
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.4Yüngül
Hərəkətdə sükanı buraxma, mühərriki söndürülmüş ətalətlə hərəkət
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.5Yüngül
Piyadalara, binalara su, palçıq sıçratma
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.6Yüngül
Palçıqlı təkərlərlə, maye axıdan maşınla hərəkət
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.7Yüngül
Dövlət nömrə nişanını təmiz saxlamama
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.8Yüngül
Görmə qabiliyyəti olmayan piyadanın işarəsi ilə dayanmama
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: küçəni keçən görmə qabiliyyəti tam məhdud olan piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.9Yüngül
Təxirəsalınmaz hallarda yük maşınını polisə təqdim etməmə
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yükdaşıyan nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.10Yüngül
Taxoqrafsız və ya işləməyən taxoqrafla beynəlxalq daşıma
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə;
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.1.11Yüngül
«Əlilliyi olan şəxs» nişanından qanunsuz istifadə
cərimə 40 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadə edilməsinə görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
342.2.1Orta
Tormozu və ya sükanı nasaz maşının istismarı
cərimə 150 ₼
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına;
Pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.5).
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə;
Qanunda cəza
yüz əlli manat məbləğində cərimə edilir.
342.2.3Orta
Kütləni, təkər bazasını, tormoz və sükanı dəyişən təkmilləşdirmə
cərimə 150 ₼
Pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.5).
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;
Qanunda cəza
yüz əlli manat məbləğində cərimə edilir.
342.2.4Orta
Şüşələrə icazəsiz örtük (tonirovka)
cərimə 150 ₼
Pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.5).
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə
Qanunda cəza
yüz əlli manat məbləğində cərimə edilir.
342.3Orta
Səsi artırmaq üçün işlənmiş qaz sisteminin dəyişdirilməsi
cərimə 500 ₼
Pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.5).
Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə
Qanunda cəza
beş yüz manat məbləğində cərimə edilir.
342.4Orta
Səs artırmaq üçün işlənmiş qaz sisteminin təkrar dəyişdirilməsi
cərimə 1000 ₼
Pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.5).
Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə
Qanunda cəza
əlli manat məbləğində cərimə edilir.
342.6Yüngül
Hərəkət zamanı telefonu əldə saxlamaqla danışma
cərimə 50 ₼
Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə
Qanunda cəza
əlli manat məbləğində cərimə edilir.
342.7Orta
Nömrəsiz, saxta və ya başqa maşının nömrəsi ilə idarəetmə
Dövlət qeydiyyat nişanları qaydaya salınanadək nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.2).
Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
342.8Ağır
İstismar qaydalarının pozulması nəticəsində yüngül bədən xəsarəti
cərimə 200 ₼ və ya sürücülük hüququ 1 ildən 2 ilədək məhdudlaşdırılır
iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.
342.9Orta
İcazəsiz xüsusi siqnal, antiradar, nömrəni gizlədən qurğu
xəta predmeti müsadirə edilir + cərimə 500–800 ₼
Pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.5).
Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə
Qanunda cəza
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddəyə qeyd 342
Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 343.Alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinae-qanun.az ↗
343.1Ağır
Tibbi müayinədən imtina (alkoqol)
cərimə 400 ₼ və ya sürücülük hüququ 6 aydan 1 ilədək məhdudlaşdırılırBal: 5 (cərimə təyin edildikdə)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə
dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
343.1-1Ağır
Tibbi müayinədən təkrar imtina (alkoqol)
sürücülük hüququ 2 il məhdudlaşdırılır + (cərimə 500 ₼ və ya 15 günədək inzibati həbs)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
343.2Ağır
Təkrar sərxoş idarəetmədə və ya zərərdə tibbi müayinədən imtina
sürücülük hüququ 2 il məhdudlaşdırılır + (cərimə 500–700 ₼ və ya 15 gündən 1 ayadək inzibati həbs)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.3Ağır
Sərnişin daşıyarkən tibbi müayinədən imtina (alkoqol)
sürücülük hüququ 2 il məhdudlaşdırılır + 1 aydan 3 ayadək inzibati həbs
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333.4 və 333.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.4Ağır
Hüququ olmayan sürücünün tibbi müayinədən imtinası (alkoqol)
cərimə 500 ₼ və ya 15 günədək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
343.4-1Ağır
Hüququ olmayan sürücünün tibbi müayinədən təkrar imtinası
15 gündən 1 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 343.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.5Ağır
Hüququ olmayan sürücünün təkrar sərxoş idarəetmədə imtinası
15 gündən 1 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.6Ağır
Hüququ olmayan sürücünün zərər vurduqda imtinası
cərimə 800 ₼ və ya 1 aydan 2 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.7Ağır
Hüququ olmayan sürücünün sərnişin daşıyarkən imtinası
2 aydan 3 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334.4 və 334.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.8Orta
Velosipedçi, samokatçı, arabaçının tibbi müayinədən imtinası (alkoqol)
cərimə 150 ₼
Bu Məcəllənin 338.8-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə
Zərər vurmuş velosipedçi, samokatçı, arabaçının imtinası (alkoqol)
cərimə 250–300 ₼
Bu Məcəllənin 338.10-cu maddəsində nəzərdə tutulmuş hallarda alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə
Maddə 343-1.Narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinae-qanun.az ↗
343-1.1Ağır
Tibbi müayinədən imtina (narkotik)
cərimə 600 ₼ və ya sürücülük hüququ 6 aydan 1 ilədək məhdudlaşdırılırBal: 5 (cərimə təyin edildikdə)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə
altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
343-1.2Ağır
Tibbi müayinədən təkrar imtina (narkotik)
sürücülük hüququ 2 il məhdudlaşdırılır + (cərimə 800 ₼ və ya 15 gündən 1 ayadək inzibati həbs)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.3Ağır
Təkrar narkotik sərxoşluğunda və ya zərərdə imtina
sürücülük hüququ 2 il məhdudlaşdırılır + (cərimə 800–900 ₼ və ya 1 aydan 2 ayadək inzibati həbs)
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333-1.2 və 333-1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.4Ağır
Sərnişin daşıyarkən tibbi müayinədən imtina (narkotik)
sürücülük hüququ 2 il məhdudlaşdırılır + 2 aydan 3 ayadək inzibati həbs
Sürücü idarəetmədən kənarlaşdırılır; sərnişinlər arasında idarəetmə hüququ olan şəxs yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.4).
Bu Məcəllənin 333-1.4 və 333-1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.5Ağır
Hüququ olmayan sürücünün tibbi müayinədən imtinası (narkotik)
cərimə 800 ₼ və ya 15 gündən 1 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.6Ağır
Hüququ olmayan sürücünün tibbi müayinədən təkrar imtinası (narkotik)
1 aydan 2 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 343-1.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.7Ağır
Hüququ olmayan sürücünün təkrar narkotik sərxoşluğunda imtinası
1 aydan 2 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.8Ağır
Hüququ olmayan sürücünün zərər vurduqda imtinası (narkotik)
cərimə 1000 ₼ və ya 1 aydan 3 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə
min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.9Ağır
Hüququ olmayan sürücünün sərnişin daşıyarkən imtinası (narkotik)
2 aydan 3 ayadək inzibati həbs
Sürücüdə və sərnişinlərdə idarəetmə və ya sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa göndərilir (maddə 96.1.1).
Bu Məcəllənin 334-1.4 və 334-1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.10Orta
Velosipedçi, samokatçı, arabaçının tibbi müayinədən imtinası (narkotik)
cərimə 200 ₼
Bu Məcəllənin 338.9-cu maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə
Zərər vurmuş velosipedçi, samokatçı, arabaçının imtinası (narkotik)
cərimə 250–300 ₼
Bu Məcəllənin 338.10-cu maddəsində nəzərdə tutulmuş hallarda narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə
Maddə 344.Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsie-qanun.az ↗
344Yüngül
Tibbi müayinədən keçmədən idarəetmə
cərimə 30 ₼
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə
Qanunda cəza
otuz manat məbləğində cərimə edilir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Avtobus dayanacağında və ya ondan 15 metrdən yaxın dayanma
cərimə 40 ₼Bal: 2
Sürücü yanında olmadıqda və nəqliyyat vasitəsi hərəkətə maneə yaratdıqda, o, ən yaxın mühafizə edilən duracağa aparılır (maddə 124.5).
Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya , yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
346.3Orta
İctimai nəqliyyatın dayanacaqdan kənarda sərnişin mindirməsi
cərimə 100 ₼Bal: 4
Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya , nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
346.4Orta
İkinci cərgədə dayanma
cərimə 80 ₼Bal: 2
Sürücü yanında olmadıqda və nəqliyyat vasitəsi hərəkətə maneə yaratdıqda, o, ən yaxın mühafizə edilən duracağa aparılır (maddə 124.5).
Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə
Qanunda cəza
səksən manat məbləğində cərimə edilir.
346.5Orta
Yolayrıcında və ondan 5 metrdən yaxın dayanma
cərimə 40 ₼Bal: 2
Sürücü yanında olmadıqda və nəqliyyat vasitəsi hərəkətə maneə yaratdıqda, o, ən yaxın mühafizə edilən duracağa aparılır (maddə 124.5).
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
346.6Orta
Taksi duracağında dayanma
cərimə 40 ₼Bal: 2
Sürücü yanında olmadıqda və nəqliyyat vasitəsi hərəkətə maneə yaratdıqda, o, ən yaxın mühafizə edilən duracağa aparılır (maddə 124.5).
Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
346.7Orta
Velosiped yolunda dayanma
cərimə 100 ₼Bal: 2
Sürücü yanında olmadıqda və nəqliyyat vasitəsi hərəkətə maneə yaratdıqda, o, ən yaxın mühafizə edilən duracağa aparılır (maddə 124.5).
Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
346.8Orta
İctimai nəqliyyat zolağında dayanma
cərimə 100 ₼Bal: 2
Sürücü yanında olmadıqda və nəqliyyat vasitəsi hərəkətə maneə yaratdıqda, o, ən yaxın mühafizə edilən duracağa aparılır (maddə 124.5).
, yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə
Qanunda cəza
yüz manat məbləğində cərimə edilir.
346.9Orta
Səkidə dayanma
cərimə 60 ₼Bal: 2
Sürücü yanında olmadıqda və nəqliyyat vasitəsi hərəkətə maneə yaratdıqda, o, ən yaxın mühafizə edilən duracağa aparılır (maddə 124.5).
Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə
Qanunda cəza
altmış manat məbləğində cərimə edilir.
Maddəyə qeyd 346
Şəxs bu Məcəllənin 346.1, 346.2, 346.4–346.9 və ya 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 346-1.Parklanma qaydalarının pozulmasıe-qanun.az ↗
346-1.1Yüngül
Ödənişli parklanmanı başlatmama, ödəmədən çıxma
cərimə 20 ₼
Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə
Qanunda cəza
iyirmi manat məbləğində cərimə edilir.
346-1.2Yüngül
Parklanma üsulunu pozaraq başqasına mane olma
cərimə 20 ₼
Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda
Qanunda cəza
iyirmi manat məbləğində cərimə edilir.
346-1.3Yüngül
Əlilliyi olan şəxslər üçün yerdə parklanma
cərimə 60 ₼
Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə
Qanunda cəza
altmış manat məbləğində cərimə edilir.
346-1.4Yüngül
Parklanma yerində 3,5 tondan ağır yük maşını, yer rezervasiyası
cərimə 20 ₼
Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə
Qanunda cəza
iyirmi manat məbləğində cərimə edilir.
346-1.5Yüngül
Parklanma yerində 24 saatdan çox saxlama
cərimə 20 ₼
Parklanma yerində 24 saatdan artıq saxlanılan nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır (maddə 124.5).
Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə
Qanunda cəza
iyirmi manat məbləğində cərimə edilir.
346-1.6Yüngül
Elektrik doldurma yerində parklanma
cərimə 20 ₼
Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə
Qanunda cəza
iyirmi manat məbləğində cərimə edilir.
346-1.7Yüngül
Velosiped, samokatı ayrılmış yerdən kənarda parklanma
cərimə 10 ₼
Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə
Qanunda cəza
on manat məbləğində cərimə edilir.
346-1.8Yüngül
Xidməti parklanma yerində parklanma
cərimə 40 ₼
Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan və ya “D”, “T” və “FK” seriyaları üzrə dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə
Qanunda cəza
qırx manat məbləğində cərimə edilir.
Maddəyə qeyd 346-1
Bu Məcəllənin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 347.Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsie-qanun.az ↗
347Orta
Avtomobili idarə edən şəxs barədə məlumat verməmə (hüquqi şəxs)
vəzifəli şəxslər 150 ₼, hüquqi şəxslər 300 ₼
Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə
Qanunda cəza
vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Maşınınızı satırsınız?CarHub.az-da pulsuz elan yerləşdirin — alıcılar sizi tapsın.
Maddə 348.Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasıe-qanun.az ↗
348Yüngül
Təhlükəli yüklərin daşınması qaydalarının pozulması
cərimə 100 ₼
vəzifəli şəxslər 500 ₼, hüquqi şəxslər 5000 ₼
Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə
Qanunda cəza
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Heç nə tapılmadı. Gizlədilmiş mövzuları yoxlayın və ya başqa söz yazın.
Giriş qadağandırAvtomobillər üçün yolÜmumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqÜmumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqlı yolÜmumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqlı yola çıxışÜmumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqlı yola çıxışAvtobusun və ya trolleybusun dayanacaq yeriTramvayın dayanacaq yeri